Türkiyədə nazirlik postuna sənətçilər gəlir?

22 Avqust 2015 17:25 (UTC+04:00)

CHP və MHP Türkiyədə qurulacaq müvəqqəti seçim hökumətində təmsil olunmayacaqlarını açıqlayandan sonra boş qalan (9) nazir yerləri üçün axtarışlar başlayıb.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan bu yerlərə müstəqillər arasından namizədlər axtarır. Və onun "çözüm mərhələsində" (AKP ilə PKK arasındakı danışıqlarda) yer alan "aqil insanlar" arasından da seçim edəcəyi gözlənilir.

Sənətçilərdən əsasən Kadir İnanır, Hülya Koçyiğit və Orhan Gəncəbayın adı çəkilir. Amma adıçəkilən sənətçilər mətbuata açıqlamalarında onlara hələ ki belə bir təklifin gəlmədiyni, gələrsə, qərarlarını da həmin vaxt açıqlayacaqlarını bildiriblər.