İŞİD Suriyada kimyəvi silah tətbiq edib

23 Avqust 2015 18:30 (UTC+04:00)

Hücum şənbə günü baş verib

"İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Suriyanın Mari şəhərinin yaşayış məntəqələrinə hücum zamanı kimyəvi silah tətbiq ediblər.

Movqe.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.

"Fəallar sosial şəbəkələrdə məlumat yayıblar ki, İŞİD-in Mari şəhərini tərkibində zəhərli maddələrin olduğu ehtimal edilən mərmilərlə atəşə tutmasından sonra bir neçə yerli sakin təngnəfəslikdən əziyyət çəkməyə başlayıb", — deyə agentliyin məlumatında bildirilir.

SANA-nın verdiyi xəbərə görə, hücum ötən gün baş verib.