Minlərlə miqrant Yunanıstan-Makedoniya sərhədini yararaq qarşı tərəfə keçib

23 Avqust 2015 23:00 (UTC+04:00)

Onlara qarşı səs qumbaraları tətbiq edilib

Avqustun 22-də minlərlə qeyri-leqal miqrant Yunanıstan və Makedoniya arasındakı sərhəd xəttini yararaq qarşı tərəfə keçib.

Movqe.az xəbər verir ki, Makedoniya hüquq-mühafizə orqanlarının əməkdaşları səs qumbaraları tətbiq etmək məcburiyyətində qalıblar ki, bu da bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

Zərərçəkənlərin sayı və onların vəziyyəti barədə məlumat yoxdur.

Avqustun 22-də Makedoniya təqribən 300 miqrantı öz ərazisinə buraxaraq onları qatarla Serbiya ilə sərhədə yola salıb.

Son günlər Yunanıstan-Makedoniya sərhədində vəziyyət gərginləşib. Orada əksəriyyəti Suriyadan olan minlərlə miqrant toplaşıb. Onlar Makedoniya vasitəsi ilə Avropa İttifaqı ölkələrinə keçməyə çalışırlar.