Təraşdan sonra dərinizdə problem yaranırsa…

24 Avqust 2015 11:20 (UTC+04:00)

Əksər kişilərin qarşılaşdığı gündəlik problemlərdən biri dərinin təraşdan sonra qıcıqlanmasıdır. Bu qıcıqlanmaya elektrotəraş, üzün tez-tez təraş olunması, birdəfəlik təraş alətlərindən istifadə kimi amillər səbəb ola bilər.

Movqe.az xəbər verir ki, fransız laboratoriyasının mütəxəssisləri kişinin üz qulluğuna ehtiyacı olmadığı fikrinə tamamilə qarşı çıxırlar. Bu məqsədlə laboratoriyada üz dərisinin qıcıqlanmasını aradan qaldıran Lotion P50 və Emulsion Gel Biosensible vasitələri işlənib hazırlanıb.Lotion P50 üz dərisinin qurumuş hüceyrələrini ehmalca aradan qaldırır, dəridə yağ ifrazını tənzimləyir, nəmləndirir, epidermisin turşu-qələvi balansını bərpa edir və dərini qulluğun digər mərhələlərinə hazırlayır.

Təraşdan sonra dərinizdə problem yaranırsa…

Emulsion Gel Biosensible isə həssas dəri üçün nəzərdə tutulmuş emulsiya-geldən ibarət qulluq vasitəsidir. O, dərini bərpa edir, nəmləndirir və antioksidant təsir göstərir. Bu iki vasitədən ibarət kokteylin üstünlüklərindən biri odur ki, onları ayrı-ayrılıqda da istifadə etmək mümkündür. Lakin daha effektiv nəticə əldə etmək üçün sözügedən laboratoriyanın peşəkar mütəxəssisləri Lotion P50 və Emulsion Gel Biosensible vasitələrini birgə istifadə etməyi tövsiyə edirlər.

Təraşdan sonra dərinizdə problem yaranırsa…