Kökəlmək istəyənlər üçün

24 Avqust 2015 12:00 (UTC+04:00)

Movqe.az kökəlmək istəyənlər üçün maraqlı məlumat təqdim edir.


Yeməklərin yanında buğdadan bişirilmiş çörək yeyin (kəpəkli olmasın).


Hər günorta yeməyində mütləq təzə qaynadılmış kartof yeyin.


Hər gün 1 ay boyunca 10-15 ədəd püstə yeyin.


Meyvələrdən daha çox təzə ağ üzüm və banan yeyin.


1 həftə boyunca səhər yeməyi ilə günorta yeməyi arasında yarım stəkan su ilə çeynəmədən 3-4 ədəd mixək udulur.7 gün tamamlandıqdan sonra aşağıdakı qaydalara başlanır.


Yeyəcəyiniz hər növ ətlə birlikdə (qoyun,dana,balıq və ya toyuq) mütləq orta boyda bişmiş pomidor yeyilməlidir.


Acı olmamaq şərtilə salatınızdan bolqar bibərini əskik etməyin.


Hər axşam yeməyindən sonra bir fincan melissa çayı için.


Hansı meyvəni yesəniz mütləq bir kasa qatığın içərisinə doğrayıb yeyin.


Hansı südlü şirniyyatlardan yesəniz üzərinə darçın səpin.


İş yerinizdə və ya evinizdə çalışın süfrəyə tək oturmayın.


Hər gün 20 dəqiqə mütləq gəzin.Hər gün bir ay boyu eyni saatlarda yürüməyə çalışın. 


Sağlam şəkildə kökəlmək üçün nə etmək lazımdır?


Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.


Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.


Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.


Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin.


Qəbul edilən karbohidratın miqdarını artırın.


Südə bal, bəhməz, mürəbbə əlavə edərək için.


İçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için.


Təzə meyvə sularına üstünlük verin.


Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz.


Yeməkdən sonra şirniyyat qəbul edin.


Fındıq, fıstıq, badam, qoz yeyin.


Hər gün yumurta qəbul edin.


Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin.


Unutmayın ki, kökəlmək xatirinə çox yağlı yemək yeməyin. Çünki yağ ilə artan çəki sağlamlıq üçün ziyandır.


Qeyd edək ki, ayda 2 kq çəki artırmaq uğurlu nəticə hesab edilir.


Qadağalar:


Gündə 2 stəkandan artıq çay içmək olmaz.


Turşu,istiot və süddən uzaq durun.


Yuxarıda yazılanlara əməl edərkən,qorox,noxud,ispanaq,kələm yeyilməməlidir.



Sürətlə yemək kökəlməyə səbəb olur


Britaniyanın tibb jurnalı üç min nəfərin yemək yeyən zaman davranışını analiz edən Osaka Universitetindən olan yaponiyalı alimlərin hesabatını dərc etmişdir. Alınmış nəticələrə əsasən, yeməyi daim sürətlə udmaq vərdişi və nəzarətdənkənar çəki yığmağa meyllilik arasında birbaşa əlaqə müşahidə olunmuşdur. Beləliklə, yemək yeyən zaman tələsən kişilər asta yeyən kişilərlə müqayisədə 84 faiz, qadınlar isə iki dəfə çox kökəlmə riskinə məruz qalırlar.


Eksperimentin təkcə yeməyə tələsməyən, eyni zamanda tam doyduqlarını hiss edən zaman dayanma vərdişini nümayiş etdirən iştirakçıları üç dəfə çox kökəlmə riskinə məruz qalırlar.


İngiltərəli mütəxəsis-dietoloqların fikrincə, yemək yeyən zaman tələsmək doymaq haqqında beyinə xəbər verən siqnal sisteminin işini pozur. Nottinqem Universitetindən olan professor Yen Makdonald hesab edir ki, mədənin sistemin fəaliyyətə başlamasından daha tez doldurmaq vərdişi hələ uşaqlıq dövründən formalaşır.