Qripə yoluxmamaq üçün türşü yeyin

24 Avqust 2015 12:20 (UTC+04:00)

Yaz aylarının gəlməsinə baxmayaraq, mövsüm dəyişikliyi qripə yoluxma riskini artırır. Ona görə də infeksiyalı xəstəliklərdən qorunmaq üçün müəyyən tədbirlər görmək lazımdır.


Movqe.az xəbər verir ki, həkimlər turşu və turşu suyunun qripə qarşı ən yaxşı vasitə olduğunu bildirirlər. Tərəvəz və meyvələr turşuya qoyulub yeyildikdə belə, bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayır. Turşu yüksək miqdarda lif ehtiva edir, ona görə də orqanizm üçün faydalıdır. Onun tərkibindəkiı yararlı bakteriyalar (probiyotiklər) bağırsaqlar və ümumilikdə bütün həzm sistemi üçün böyük əhəmiyyət kəsb edir. Bu bakteriyalar immunitet sistemini gücləndirir, qripdən və digər infeksiyalı xəstəliklərdən qorunmağa kömək edir. Probiyotiklər eyni zamanda bağırsaq xərçəngindən qoruyan müəyyən maddələr ehtiva edir.


Bütün bu faydalarına baxmayaraq, turşunu həddən artıq yemək olmaz. Çünki turşu kökəlməyə səbəb olmaqla yanaşı, ürək və böyrək üçün də təhlükəlidir. Çünki 100 qram turşuda təxminən, 6 qram duz olur.


Duzlu qidalar mədə xərçəngindən, sümük əriməsinə kimi bir çox problemin əsas səbəbidir.


Bir sözlə, qripdən qorunmaq üçün yeməklərin yanında az miqdarda turşu yemək sağlamlığınıza fayda verə bilər. Ancaq turşununun miqdarını artıqdıqda qripdən daha təhlükəli xəstəliklərlə üzləşə bilərsiniz.


Onu da qeyd edək ki, həkimlər mağazalardan alınan turşular əvəzinə, hər kəsin öz evində təbii üsullarla hazırladığı məhsulu məsləhət görürlər.