ATƏT cəbhədə yaranan gərginliyi monitorinqlə müəyyənləşdirəcək

24 Avqust 2015 11:55 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.


Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.


Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yevgeni Şarov keçirəcəklər.