Səhiyyə Nazirliyi Bakıdakı məşhur hoteldə baş verən ölüm hadisəsi ilə bağlı açıqlama yayıb

24 Avqust 2015 12:10 (UTC+04:00)

Təcili Yardım hadisə yerinə nəzərdə tutulmuş vaxtdan da tez çatıb

Səhiyyə Nazirliyi Bakıda yerləşən "Baku Boulevard hotel"də baş verən ölüm hadisəsi ilə əlaqədar rəsmi açıqlama yayıb. Nazirlikdən Movqe.az-a verilən məlumata görə, hoteldəki hadisə ilə bağlı müraciət Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə 22:06-da daxil olub: "22:25-də Təcili yardım briqadası hadisə yerində olub. Orta normativlərə görə, Təcili Yardım Xidmətinin yetişmə vaxtı 20 dəqiqə nəzərdə tutulur. Yəni briqada hadisə yerinə nəzərdə tutulmuş vaxtdan da tez çatıb".