Hakkaridə 2 hərbçi terror aktının qurbanı olub

24 Avqust 2015 13:45 (UTC+04:00)

Türkiyənin Hakkari vilayətində yol qırağında minanın partlaması nəticəsində 2 hərbçi həlak olub. Movqe.az bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.


Uzaqdan həyata keçirilən partlayışın məqsədi hərbçiləri daşıyan maşın olub. Nəticədə 2 nəfər həlak olub, 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Partlayışın təşkil edilməsində PKK döyüşçüləri şübhəli bilinir. Onların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat başlanılıb.