Şimali Koreya sülh danışıqları zamanı ordu yığır

24 Avqust 2015 14:25 (UTC+04:00)


Movqe.az xəbər verir ki, Cənubi Koreya Şimali Koreyanı, iki ölkə arasında hərbi gərginliyi aradan qaldırmağa istiqamətli müzakirələr edilərkən sərhədə qoşun yığmaqla günahlandırıb.

Cənubi Koreya Müdafiə Nazirliyindən adı açıqlanmayan bir səlahiyyətli şəxs, danışıqların başladığı şənbə günündən bu yana şimalda qeyri-adi bir hərbi hərəkətlilik olduğunu deyib.

Səlahiyyətlilərə görə, Şimali Koreyanın 77 dənizaltısından 70%-i qərərgahdan ayrılıb. Bu dənizaltıların harada olduqlarını təsbit edə bilmədiklərini ifadə edən səlahiyyətli şəxslər, sərhəddəki topçu birliklərinin sayının da iki qatına çıxarıldığını ifadə edib.

Tampon bölgəsindəki Panmunjom kəndində dünənki görüşmələrdən nəticə çıxmayıb.

Şimali Koreya, Cənubi Koreyanın yüksək səsə malik səs sistemi ilə sərhəddə etdiyi təbliğatın "yarı döyüş elanı" mənasına gəldiyini önə sürüb və bu təbliğatın dayanmaması halında "güclü bir hərbi hərəkətə" müraciət edəcəyini açıqlayıb.

Görüşlər, Şimali Koreyanın bu təbliğat üçün verdiyi müddətin dolmasına az bir müddət qalmış başlayıb. Jurnalistlərin buraxılmadığı bu görüşmədə Cənubi Koreyanı Milli Təhlükəsizlik Məsləhətçisi Kim Kwan-jin və Birləşmə naziri Hong Yong-pyo ilə təmsil edilib.

Danışıqlarda Şimali Koreyanı isə Hwang Pyong-so və Kim Yong-gon təmsil edib. Hwang bir çox mütəxəssis tərəfindən Dövlət Başçısı Kim Jong-dan sonra Şimali Koreyanın ikici lideri olaraq görülür.