Estoniya Rusiyaya qarşı sanksiyaları uzatmağı təklif edir

24 Avqust 2015 15:15 (UTC+04:00)

Estoniya baş naziri Taavi Rıyvis Rusiyaya qarşı sanksiyaların uzadılmasını istəyir. 

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir bu təklifi Polşa prezidenti Andjey Duda ilə Tallindəki görüşü zamanı səsləndirib.T.Rıyvis hesab edir ki, Estoniya ilə Polşa təhlükəsizlik məsələləri ilə bağlı bir-birini dəstəkləməlidir: "Götürək elə Ukrayna münaqişəsini. Biz Ukraynaya dəstəyi davam etdirməliyik. Bu ölkədə vəziyyət hələ ki stabilləşməyib. Hesab edirəm ki, Ukraynanın ərazi bütövlüyü tam təmin edilənə qədər Rusiyaya qarşı sanksiyaların müddəti uzadılmalıdır".