"Mən də ikinci dəfə ailə quracam" - Lalə Məmmədova

24 Avqust 2015 16:05 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Lalə Məmmədova "Onlar"a açıqlamasında deyib. O, ikinci dəfə ailə qurmaq istədiyini bildirib:


"Zamanı gələndə mən də yenidən sevəcəm. İkinci dəfə ailə qurmağa gəldikdə isə... Ola bilər... Bir neçə il əvvəl mən başqa şeylər düşünür və istəyirdim. İndi tələblərim başqadır, tələsmirəm. Qarşıma məni həqiqətən sevəcək, dəyər verəcək insan çıxarsa, razılaşaram".


Qeyd edək ki, L.Məmmədova keçmiş həyat yoldaşı İlham bəylə 2013-cü ildə ayrılıb. Onların Nərgiz və Çinarə adlı iki qızı var.