İçərişəhərdə Avropa şəhərciyi

24 Avqust 2015 16:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, sentyabrın 19-da İçərişəhərdə - Qoşa qala qapısı meydanında Avropa şəhərciyi – 2015 (Eurovillage-2015) təşkil ediləcək.

Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə keçiriləcək tədbirdə Aİ-yə üzv olan ölkələrin çadırları qurulacaq. Artıq üçüncü ildir ki, təşkil olunan bu tədbirdə ziyarətçilər Avropa ölkələrinin milli adət-ənənələri, mədəniyyəti ilə daha yaxından tanış olmaq, müxtəlif oyunlarda iştirak etmək və əylənmək imkanı əldə edəcəklər.

İçərişəhərdə Avropa şəhərciyi

Gün ərzində face art, çoxlu oyunlar və viktorinalar, rəqslər, karaoke keçiriləcək, Avropa mətbəxi nümayiş olunacaq. Axşam proqramında isə Xorvatiya və Böyük Britaniya musiqiçilərinin ifaları dinləniləcək.