Endi Uorholun əsərlərindən ilhamlanıb kolleksiya buraxdılar

24 Avqust 2015 17:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Converse brendi Endi Uorhol Fondu ikinci kollaborasiyasını buraxıb.

Bundan öncə Chuck Taylor All-Stars kedaları rəssamın sevimli "Campbell's sup" bankalarını bəzəyirdi. Bu dəfə isə dizaynerlər onun yaradıcılığının digər parlaq simvolunu seçiblər: modellərin üzərində Uorholun məşhur bananı təsvir edilib. Payız-qış 2015 kolleksiyasında kedalar ağ və qara variantlarda təqdim edilib. Eləcə də, kollaborasiya çərçivəsində dizaynerlər rəssamın məşhur avtoportretində Azadlıq heykəlinin qrafik rəsmini istifadə ediblər. Kolleksiyasının satışlarından əldə edilən gəlirin bir hissəsi Endi Uorhol Fonduna köçürüləcək. Kolleksiya avqustun 20-də satışa çıxarılacaq.