İŞİD Suriyada kimyəvi silah tətbiq etdi

24 Avqust 2015 17:35 (UTC+04:00)

 İŞİD qruplaşmasının döyüşçüləri Suriyada qadağan edilmiş kimyəvi silah tətbiq ediblər.

Movqe.az xarici nəşrə istinadən xəbər verir ki, hadisə Mari şəhəri atəşə tutularkən baş verib. İslamçılar şəhəri tərkibində zəhərli maddələr olan mərmilərlə atəşə tutub. Yerli sakinlər bundan sonra boğulmalara məruz qaldıqlarını bildiriblər.

Faktı Amerika hərbçiləri də təsdiqləyir və qeyd edirlər ki, İŞİD İraqda da eyni mərmilərdən istifadə edib.