Mərvə üçün 110 minlik qızıl aldılar

24 Avqust 2015 18:35 (UTC+04:00)

Türkiyəli aktrisa Mərvə Boluğur və müğənni Murad Dalkılıç bu gün evlənir.

Movqe.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Dalkılıçın ailəsi gəlinlərinə dəyəri 50 min lirə (təxminən 17 min manat) olan qızıl dəst hədiyyə edəcək.

İfaçı özü isə həyat yoldaşına 60 min lirəlik (təxminən 21 min manat) brilyant üzük alıb. Toya bir çox məşhur dəvət olunub.

Ötən həftə Mərvənin xına gecəsi olmuşdu. Muradın anası mərasimdə gəlininin hər ovucuna 10 ədəd qızıl qoymuşdu.