Nadir indi də "Ay maral" oxudu - audio

24 Avqust 2015 21:00 (UTC+04:00)

Movqe.az-ın xəbərinə görə, Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, yeni mahnısı bir neçə il öncə ifa etdiyi "Maral"ın ikinci hissəsidir:

"2013-ci ildə ifa etdiyim "Maral" mahnısı çox müzakirə olundu. Bəyənənlər kimi tənqid edənlər də var idi. Bütün bu tənqidlərə baxmayaraq "Maral" "Youtube"da ən çox dinlənilən Azərbaycan mahnısı oldu. 6 milyon dəfə baxılıb. Əminliklə söyləyə bilərəm ki, bu günə qədər də mahnı mənim ifamda sevilir. Hətta mahnının baxış sayı milyonu keçib. Bu da bir ifaçı kimi məni sevindirir. Həmin mahnıdan sonra bir çox pərəstişkarlarım soruşurdular ki, "Maral"ın ardı gəlməyəcək? Məhz sevənlərimin istəyini nəzərə alıb "Ay maral" mahnısını yazdırdım".