Hande Yenər xəstəxanaya aparılıb

24 Avqust 2015 18:45 (UTC+04:00)

Bodrumda konsert verən türkiyəli müğənni Hande Yenərin səhhəti pisləşib.

Movqe.az-ın xəbərinə görə, xəstəxanaya aparılan sənətçi buna görə səhnəyə də gec çıxıb. Xəstəxanada dərman verilərək, müalicə olunan Hande müayinədən sonra konsertə gedib.

Sənətçinin qrip olduğu və bir neçə gündür qulağından müalicə aldığı da ortaya çıxıb.

Səhnəyə 1 saat gec çıxan Yenər tamaşaçılardan üzr istəyib:

"Qrip olmuşam. Dərman içərək, ayaqüstə qalıram. "Altın kelebek" mükafatında 3 nominasiyada namizəd olduğumu eşidib və konsertimə bu qədər insanın gəldiyini görüb, güc aldım. Bir az rəqs etsəm, sağalacam".

Handeni dinləməyə gələnlər arasında müğənni Yıldız Tilbe də yer alıb.