Slaven Biliç: “Bu cür oyunla heç bir komandaya qalib gələ bilmərik”

24 Avqust 2015 18:53 (UTC+04:00)

İngiltərə Premyer Liqasında "West Ham United"  2 ardıcıl məğlubiyyət alaraq azarkeşlərini məyus edib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "West Ham"in baş məşqçisi Slaven Biliç bu barədə jurnalistlərə açıqlama verib. 

"Özümü təzyiq altında hiss edirəm. "Bournemouth"a qarşı oyunda haqlı məğlubiyyət aldıq. Azarkeşləri günahlandıra bilmərəm. Düzünü desəm, matçın əvvəlində bizi dəstəkləyirdilər. Bu cür oyunla heç bir komandaya qalib gələ bilmərik"