Azərbaycan bazarına dünyanın ən böyük proqram təminatı şirkətlərindən biri daxil olur

25 Avqust 2015 00:30 (UTC+04:00)

Müəssisələrin idarə olunması üzrə dünyanın ən böyük proqram təminatı şirkəti SAP Azərbaycanda nümayəndəliyinin açılışına hazırlaşır. Movqe.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.


Prioritet planlarında ölkədə biznesini genişləndirmək olan şirkətin nümayəndəliyinin açılışı bu ilin sonuna planlaşdırılır.


Ofis səylərini infrastruktur həllər, analitika və başqa bu kimi strateji istiqamətlər üzrə müştərilərlə qarşılıqlı əlaqədə cəmləyəcək.


Nümayəndəliyin qarşısında duran vəzifələr arasında şirkətin yerli bazarda təklif edə biləcəyi məhsulların diapazonunun genişləndirilməsi də daxil ediləcək. Bu məhsullar arasında mobil texnologiyalar və "bulud" hesablama texnologiyaları yer alıb.


SAP-ın MDB ölkələri üzrə baş direktorunun müavini Dmitri Şepelyayev Trend-ə bildirib ki, Azərbaycan da daxil olmaqla, şirkətin bütün ölkələrdə strategiyası dövlət orqanları ilə fəaliyyətin əlaqələndirilməsi və bu qurumlarla sıx əməkdaşlıqdan ibarətdir: "Azərbaycanlı sifarişçilərimizlə necə işlədiyimizi nəzərə alsaq, deyə bilərəm ki, sifarişçilərimizin təcrübəsi genişlənir. Daha çox şirkətlər, dövlət müəssisələri biznes, perspektivli maddi istehsalın vahid idarəolunma sisteminin inşası üçün düzgün texnoloji həllin seçimi və IT-dən istifadə etmənin əhəmiyyətini başa düşür".