Azərbaycan Dövlət Aqrar Universitetinə qəbulda 600-dən çox bal toplayan tələbəyə birinci semestrdə büdcədənkənar vəsait hesabına aylıq təqaüd veriləcəkdir.

25 Avqust 2015 13:00 (UTC+04:00)

Xəbər verdiyimiz kimi 2015/2016-cı tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbulda 600-dən çox bal toplayan tələbəyə birinci semestrdə büdcədənkənar vəsait hesabına 100 (yüz) manat məbləğində aylıq təqaüd veriləcəkdir. Növbəti semestrdə təqaüdün verilməsi tələbənin imtahan sessiyasında göstərdiyi nəticədən asılı olacaqdır.