Movqe.az xəbər verir ki, müalicəvi bitkilər qədimdən
müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı uğurla
istifadə olunurdu.
Onların faydalı təsiri tibb elmində də təsdiq olunub. Bu bitkilər
dərman prepartaların hazırlanması zamanı geniş istifadə olunur.
Ürək üçün faydalı müalicəvi bitkilər:
1. Yemişan
Sakitləşdirir, ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz
olunmasını yaxşılaşdırır, aritmiyanı və taxikardiyanı aradan
qaldırır, arterial təzyiqini aşağı salır.
Ev şəraitində yemişandan təbii dərmanlar hazırlamaq olar:
— 1/2 kq tam yetişmiş yemişan həvəngdəstədə əzilir, ora 100 ml
qaynanmış su əlavə olunur və vam odda 40 C-yə kimi qızdırılır.
Alınmış şirə sıxılır və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla
yeməkdən əvvəl içilir. Bu vasitəni uzun müddət ərzində (bir neçə
ay) istifadə etmək olar. Yaşlı insanlar üçün xüsusilə
xeyirlidir.
— 3 xörək qaşığı quru yemişan meyvələri 1 l-lik termosa tökün və
qaynar su əlavə edin. 2 saat dəmlədikdən sonra dəmləməni süzün.
Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı için.
2. Nanə
Nanə ürək üçün ən faydalı bitkilərdən biri sayılır. Məhz bu
səbəbdən nanə ən populyar ürək dərmanın "validolun" tərkibinə
daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin
fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir.
— 2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda dəmlənir
və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla gün ərzində
içilir.
3. Peyğəmbərgülü
Bu bitki taxikardiya zamanı yaxşı kömək edir.
— Quru güllərin 2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1
saatdan sonra süzün, gündə 3 dəfə stəkanın 1/4 hissəsini yeməkdən
əvvəl için.
4. Pişikotu kökü
Bu ot da ürəyə çox yaxşı təsir edir. Pişikotu kökü tac damarlarını
genişləndirir, sakitləşdirir, ürəyin fəaliyyətini yaxşılaşdırır.
Bir çox ürək preparatların tərkibinə bu ot daxildir.
— 1 xörək qaşığı pişikotu kökü axşamdan 1 stəkan qaynar suda
dəmləyin və ertəsi gün axşama kimi xırda qurtumlarla için.
— Pişikotu kökü — 2 çay qaşığı, nanə — 2 çay qaşığı, quru yemişan
meyvələri — 2 çay qaşığı 1 l-lik termosa tökün, qaynar su əlavə
edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün
ərzində 3-4 dəfə 1 xörək qaşığı için.
5. Boymadərən
Bu ot ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirin, ürək
ritmini tənzimləyir, arterial təzyiqini aşağı salır.
— Boymadərən — 2 çay qaşığı, pişikotu kökü — 3 çay qaşığı, mayaotu
toxumu — 2 çay qaşığı, badrənc — 3 çay qaşığı. Otlar qarışdırılır.
1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir, 1 saatdan sonra
süzülür. Gündə 4 dəfə 1/4 stəkan içilir.
6. Çaytikanı
Aterosklerozun və trombların əmələ gəlməsinin və inkişafın
qarşısını alır, sakitləşdirir.
Çaytikanı dəmləmə (1 xörək qaşığı meyvələr + 1 xörək qaşığı qaynar
su) və mürəbbə şəklində qəbul etmək olar.