Qoz yarpağının faydaları

25 Avqust 2015 14:00 (UTC+04:00)

Movqe.az qoz yarpağı və faydaları haqqında məlumat təqdim edir.


*Qoz yarpağının qan durdurucu, qüvvətləndirici tonik və bağırsaqlardakı qurdları salma xüsusiyyəti var


*Yarpağın çayı, həzm problemlərində, qəbizlikdə, iştahsızlıqda və qan təmizliyində təsirlidir. Davamlı istifadə edildikdə sarılıq kimi xəstəliklərə də faydalıdır.


*Qan şəkərini salma və qüvvət verici təsiri vardır.


*Dəri xəstəliklərində antiseptik olaraq xaricdən istifadə edilir.


*Qoz yarpağı qaynadılaraq, sifilis, egzema, herpes, raşitik xəstəliklərində, sümük çürüməsində, sümük deformasyonunda, iltihablı əl və ayaq dırnaqlarında da istifadə edilə bilər.


*Qaşınan bölgələrdə qozun qabığının qaynadılmış suyu ilə duş qəbul edildikdə sağalma baş verir.


*Bu su ilə edilən duş yetkinlik sızanaqlarında, ayaq tərinə və qadınlarda gələn axıntılara yaxşı təsir edir.


*Ağız boşluğundakı iltihabı, dişəti, boğaz və qırtlaq xəstəliklərində qarqara edilir.


*Qoz yarpağının qaynama suyu çoxlu saç tökülməsində saçların dibinə masaj edərək vurulduqda yaxşı təsir verir. Bu su həmçinin bitlərin məhvi üçün də təsirlidir.


*İyunun ortasında yığılan qoz, mədə, qaraciyər və qanı təmizləyən, bağırsaq çürüklüyünü aradan götürən yeni çalar əldə edilir.


*Diqqət: içərisində olan tanen maddəsi bəzi şəxslərdə ürək bulantısına, qusmağa səbəb ola bilər. Bundan başqa heç bir yan təsiri yoxdur.


Qoz yarpağının çayı:

1)Yarım və ya bir çay qaşığı incə kəsilmiş yarpaq, bir stəkan dolu qaynar suda qaynadılır. 4-5 dəqiqə dəmlənir və süzülür. Gün boyunca 1 və ya 2 stəkan qurtum-qurtum içilir.

2)Yarım və ya 1 çay qaşığı incə kəsilmiş yarpaq, 1 stəkan soyuq suya tökülür,qaynayana qədər odda saxlayırıq və 2-3 dəqiqə az odda qaynadırıq. Gündə 2-3 stəkan içilir.


Duş hazırlamaq:Bunun üçün 2 ovuc incə kəsilmiş yarpaq axşamdan 2-3 litr suda saxlanılır. Sabah az odda 4-5 dəqiqə qaynadıqdan sonra duş alacağınız suya əlavə edilir.