İtlərin uğurlu günü
3 Oktyabr 2012 16:06 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-ın Massaçusets
əyalətində 80 kilometr sürətlə gedən avtomobilin vurduğuı it sağ
qalarkən, Kaliforniya əyalətində də bir yük maşınının mühərrikinə
sıxışan və isti havada 177 kilometr yolu getmək məcburiyyətində
qalan bir başqa it də xilas edilib. Rəsmilər, Massaçusets
əyalətində baş verən hadisədə sürücünün yoldakı iti vurmamaq
üçün sürətini azaltdığını, sonra iti görə bilmədiyi üçün yoldan
uzaqlaşdığını düşünürlər. İtin beynindən zədə aldığı və
müalicə edildiyi bildirilib. Rəsmilər, sağlamlıq vəziyyəti çox
yaxşı olan iti sahibinə çatdırmağa çalışdıqlarını açıqlayıblar.
Kaliforniyada baş verən hadisədə isə, 52 yaşlı sürücü Cemi Maqana
avtomobilində bir qəribəlik olduğunu hiss edib. Avtomobilinin
yoxlayan sürücü mühərrikin üzərində yatan 11 kiloqramlıq iti
gördüyünü söyləyib. Maqana, kondisioneri işə salandan sonra itin
özünə gəldiyini bildirib. Hələlik Çevi adı verilən itin sahibinin
olması üçün işlər davam etdirilir.