TQDK-dan qeydiyyatdan keçməyənlərə şad xəbər
25 Avqust 2015 11:10 (UTC+04:00)
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin qeydiyyat müddətini uzadıb.
Movqe.az-ın məlumatına görə, ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində
qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində
qeydiyyatı 27 avqust saat
17:00-dək uzadılıb. Tələbə adı
qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri
qəbul olduqlar təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan
keçməlidirlər. Həmin vaxtdadək
qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa
yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun
qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.