İƏT baş katibi Azərbaycana gəlib

25 Avqust 2015 12:14 (UTC+04:00)

İyad bin Amin Mədəni ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirəcək

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Azərbaycana gəlib.

Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirliyindən Movqe.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycanın rəsmi şəxsləri, eləcə də səfirliyin əməkdaşları qarşılayıb. 

Bakıya səfəri çərçivəsində İyad bin Amin Mədəni ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

İƏT rəhbərinin səfəri bu gün axşam başa çatacaq.