"Azərenerji" Türkiyə bazarına girir

25 Avqust 2015 12:46 (UTC+04:00)

Tbilisidə görüşən üç ölkə rəsmiləri iki fərqli marşrut müəyyən edib

"Azərenerji" ASC Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik xəttinin çəkilməsi üçün Türkiyədə müvafiq lisenziya alacaq. Movqe.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, artıq tərəflər arasında ilkin bəyannamə imzalanıb. Tbilisidə görüşən 3 ölkə rəsmiləri iki fərqli marşrut müəyyən edib.

Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Qərb-Şərq xəttinin EWEC, Şimal-Cənub xəttinin isə NOSEC adlanmasını təklif edib.

N.Abbasov EWEC üçün əsas stansiya Samux-Qardabani stansiyası olacağını deyib: "Cənub Qafqaz Dəhlizi adı verilən layihədə enerji Azərbaycan tərəfindən təmin ediləcək və Türkiyə Axaltsixi stansiyası vasitəsi ilə elektrik enerjisi alacaq", - deyə nazir müavini bildirib.