İngilis turisti sahilə yazdığı yazı qurtardı-Foto

25 Avqust 2015 13:05 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Avstraliyanın Şimal Queensland bölgəsindəki Jardine Təbiət Parkında iki gün ərzində itgin düşən 63 yaşındakı İngilis Geoff Keys , sahildəki quma ayağı ilə yazdığı kömək mesajının görülməsi nəticəsində qurtarılıb.

Özünü " səyyah " adlandıran Keys, Eliot şəlaləsini tapmaq üçün düşərgə qurduğu bölgədən üzərək uzaqlaşdığını və şəlaləni tapa bilməyincə quruya çıxıb qaldığı yerə "kəsə" geri dönməyə çalışdığını söyləyib.

İngiltərənin "İndependent" qəzetinə danışan Keys "Gecə ikiyə qədər yolumu tapmağa çalışdım, ancaq sonunda gecəni keçirmək üçün özümə bir yer seçdim. Sabah havadakı vertolyotların səsini eşidə bilirdim və məni axtarmaqda olduqlarını təxmin etdim, amma əlimdən gələn bir şey yox idi " deyib .

Sahilə yazdığı yazı sayəsində Keysi görüb qurtaran, vertolyotla axtarış qurtarma qrupunun başında olan Brad Foat,tapdıqlarında Keysin olduqca yorğun və enerjisiz olduğunu söyləyib.