Kişilər arasında lazer epilyasiya xidmətindən istifadə edənlərin sayı artıb

25 Avqust 2015 13:43 (UTC+04:00)

Son vaxtlar müasir estetik əməliyyatlardan, üsullardan istifadə edənlər arasında təkcə zərif cinsin nümayəndələrinə deyil, kişilərə də rast gəlinir. Qadınların daha çox istifadə etdiyi lazer epilyasiya xidməti  də artıq kişilər arasında populyarlaşıb. Movqe.az-ın əməkdaşının lazer epilyasiya xidməti göstərən müəssisələrdə apardığı müşahidələr zamanı bu xidmətdən yararlananlar arasında kişilərin say etibarı ilə qadınlardan heç də geri qalmadığı üzə çıxıb. Arzuolunmaz tüklərdən azad olmaq üçün tətbiq edilən lazer epilyasiya xidməti göstərən müəssisələrdən də kişilər arasında bu xidmətdən istifadə edənlərin sayının günü-gündən artdığını təsdiqləyiblər. "Vital" klinikadan Movqe.az-a bildiriblər ki, klinikanın lazer epilyasiya xidmətindən yararlananlar arasında kişilərin sayı heç də az deyil: "VİTAL" klinikanın kosmetologiya şöbəsində Amerika istehsalı olan ən müasir "CANDELA GENTLEMAX LAZER" aparatı vasitəsi ilə üzdə və bədəndə lazımsız tüklərdən azad olmaq üçün lazer epilyasiya xidməti göstərilir. Müştəriləriniz arasında qadınlar say etibarı ilə çoxluq təşkil etsə də, kişilərin də sayı heç də az deyil. Bizə müraciət edən kişilər əsasən sinə, kürək, boyun, qulaq, göz altı, burun nayihələrindəki arzuolunmaz tüklərdən xilas olmaq istədiklərini bildirirlər. Kürək, sinə və boyun ardı üçün lazer epilyasiyasına gələn kişilər daha çoxdur. Effektini də görürlər. Kişilərdə arzuolunmaz tüklər daha cod olduğundan, qadınlarla müqayisədə lazer epilyasiyası seansları daha çox olur. Ayda bir dəfə olmaqla kişi müştərilərimizi lazer epilyasiya xidməti üçün qəbul edirik".

Digər lazer epilyasiya xidməti göstərən müəssisələrdən də pasiyentlər arasında artıq kişilərin də olduğunu, bunun əks cinsin nümayəndələri arasında adi qəbul olunduğunu söylədilər.  Əlaqə saxladığımız kosmetoloji xidmət mərkəzlərinin lazer epilyasiya şöbələrindən kişilərin lazer epilyasiya edildiyini, bunun üçün əvvəlcədən növbəyə yazılmaq gərək olduğunu söylədilər". 

Lazer epilyasiya mərkəzlərindən onu da bildirdilər ki, kişilərdə arzuolunmaz tüklər daha çox olduğundan, qiymətlər də bir qədər onlar üçün bahadır: "Kürək və sinə üçün lazer epilyasiya xidmətləri qarşılığında qiymətlər 40-60 manat arası dəyişir. Boyun ardı və göz altı isə bir qədər ucuz 15-20 manatadır".