Evdən qaçan beş qadın sığınacağa sığınıb-Bakıda-Özəl

25 Avqust 2015 15:28 (UTC+04:00)
"Təmiz Dünya" İctimai Birliyinə evdən qaçan beş qadın sığınıb. Bu barədə Movqe.az-a Birliyin rəhbəri Mehriban Zeynalova məlumat verib.M. Zeynalova onların bəzilərinin həyatlarına təhlükə olması səbəbindən evdən qaçdığını söyləyib: "Evdən qaçan gəlinlərə qarşı ictimai qınaq var. Amma heç kim fikirləşmir ki, onlar niyə evdən qaçıb, səbəb nədir? Təbii ki, səbəbsiz heç kəs öz isti ocağını qoyub qaçmaz. Onların bəziləri ailədə zorakılıq səbəbindən, bəziləri həyatlarına təhlükə olduğundan evdən qaçıblar".

M. Zeynalova "Təmiz Dünya" İctimai Birliyinin sığınacağında onlara yer verildiyini söyləyib. Onun sözlərinə görə, hazırda sığınacaqda evdən qaçan beş qadın var.