Beto: “Sevilla”da qalıram”

25 Avqust 2015 21:00 (UTC+04:00)

"Beşiktaş"ın transfer siyahısında olan "Sevilla"nın qolkiperi Beto transfer ilə bağlı açıqlama verib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu instaqram hesabından komandasından ayrılmayacağını bildirib. "3 ilə yaxındır ki, "Sevilla"da çıxış edirəm. Mənə bu şansı verdiklərinə görə təşəkkür edirəm. Transfer olunmağımla bağlı çox söz-söhbət var. Sevilla’da qalıram" – Beto bildirib. Karyerasına "Sporting"də başalayan 33 yaşlı qapıçı "Porto", "Cluj", "Braga" klublarında çıxış edib. 2013-cü ildə "Braga"dan 2 milyon avroya "Sevilla"ya transfer olunub.