Azərbaycanın ilk Mobil Tətbiqi

25 Avqust 2015 19:38 (UTC+04:00)

Yarandığı gündən qısa bir müddətdə inkişaf edən və daim öz yenilikləri ilə seçilən Goal.az informasiya agentliyi daha bir yeniliyə imza atıb. Əsasən futbol xəbərlərini ümumilikdə isə ölkəmizdə və xaricdə baş verən ən son idman hadisələrini yayımlayan Goal.az, mobil cihazlar üçün yeni tətbiq hazırlayıb. Goal.az tətbiq öz xüsusi funksiyalarına görə Azərbaycanın idman sahəsində bir ilkdir. "Goal MMC"nin təsisçisi və eyni zamanda bu layihənin rəhbəri Seymur Səfərli layihə barədə öz fikirlərini bölüşüb: "Bizim məqsədimiz gördüyümüz işin keyfiyyətli, maraqlı və istifadəçilərimizə daha da faydalı olmasıdır. Bu çox sadə, rahat və eyni zamanda müasir dizaynda olan bir tətbiqdir. İstifadəçilərin rahatlığı üçün proqramın menu tərtibatından tutmuş digər bütün xırda detallar nəzərə alınıb. Artıq insanların əksəriyyəti gündəlik xəbərləri öz mobil telefonlarından oxuyurlar. Goal.az tətbiqi vasitəsilə idman həvəskarları futbol və idmanın digər növləri haqqında çıxan ən son və maraqlı xəbərləri öz mobil cihazlarından (telefon,tablet) oxuyacaqlar. Bundan əlavə xüsusi "Livescore" xidməti vasitəsilə futbol oyunlarının canlı nəticələrinə və statistikasına da baxa bilərlər. Tətbiqin daha bir üstün cəhəti də odur ki, gün ərzində proqrama daxil olmayan istifadəçilərə xüsusi bildirişlər gəlir və bu bildirişlər sayəsində günün əsas xəbərlərini qaçırmamış olacaqlar. Idman xəbərlərini daimi izləyən və futbola marağı olan hərkəs bu tətbiqi öz mobil cihazlarına yükləsin. Goal.az tətbiqinin ümumilikdə idmanın təbliği üçün çox uğurlu olacağını düşünürəm."

Nəzərinizə çatdıraq ki, tətbiqin proqramlaşdırma işi "Happy Baku" şirkəti tərəfindən həyata keçirilmişdir. Şirkət bundan əvvəl Asan Xidmət və Heydər Əliyev Mərkəzinin də tətbiqini hazırlamışdır. "Goal.az tətbiq"ini IOS (Iphone, Ipad) və Android sistemi ilə işləyən bütün mobil cihazlara "App Store" və "Play Store" mobil mağazalarından pulsuz yükləyə bilərsiniz.

"App Store"

https://itunes.apple.com/az/app/goal.az/id1022734315?mt=8

"Play Store"

https://play.google.com/store/apps/details?id=az.hb.goalaz&hl=en