Ayurveda masajının faydaları

26 Avqust 2015 10:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Ayurveda masajı qədim zamanlardan müasir dövrə qədər gəlib çatan dünyaca məşhur tibbi sistemdir. Bu masaj relaksasiyanın ən pik nöqtəsinə yüksəlməyə, təbiətlə insanın daxili aləmi arasında harmoniyanın yaranmasına imkan verir.

Masaj zamanı bədənin xüsusi - yumşaq toxumaları detoksikasiya edən, əzələ və bağları möhkəmləndirən nöqtələrini stimulə edilir. Bundan əlavə, masaj bədəndəki artıq enerjinin çıxmasına kömək edir, orqanizmin ümumi tonusunu qaldırır, insana həm fiziki həm də mənəvi cəhətdən müsbət təsir göstərir. Ayurveda masajı ixtisaslaşmış iki masajçı tərəfindən eyni zamanda həyata keçirilir. Onlar bədəni müəyyən istiqamətdə sinxron sığallayırlar. Masaj prosesinə bədənə yağın çəkilməsi ilə yanaşı, onun dərindən rahatlanmasına və həyat enerjisi ilə dolmasına səbəb olan yüngül dartılma da aiddir.

Ayurveda masajının faydaları

Ayurveda masajının faydaları

Ayurveda masajının faydaları

Ayurveda masajının faydaları

Ayurveda masajının faydaları

Yağın köməyilə edilən masaj qanın mikrodövranını yaxşılaşdırır, əzələləri tonuslaşdırır, zəhərli maddələri bədəndən xaric edir və dərialtı piy qatının azalmasına səbəb olur. Ayurveda masajı təkcə ümumi sağlamlaşdırıcı effektə malik deyil, o həm də yuxusuzluq, nevroz, xroniki miqren, osteoxondroz, xroniki yorğunluq sindromu və piylənmə kimi xəstəliklərin müalicəsində tətbiq olunur. Ayurveda masajı uşaqlar və hamilə qadınlar üçün tamamilətəhlükəsizdir.

Ayurveda masajının faydaları

Ayurveda masajının faydaları

Ayurveda masajının faydaları

Ayurveda masajının faydaları

Ayurveda masajının faydaları