Yeni “De Beers Enchanted Lotus” üzükləri

26 Avqust 2015 10:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Brilyant zərgərlik məmulatları sahəsinin ən böyük şirkətlərindən biri olan "De Beers" brilyantların seçilməsi, yüksək iş ustalığı və brilyant zərgərlik məmulatlarının dizaynı sahəsində böyük təcrübəyə malikdir.

Brend hər mövsüm qadınları gözoxşayan yeniliklərlə sevindirir, bununla da yüksək zərgərlik incəsənətinə öz töhfəsini verir. Bu ilin əvvəlində isə "De Beers" dizaynerləri öz populyar "Enchanted Lotus" kolleksiyasını gözəl yeniliklərlə genişləndiriblər. Artıq siz "Daylight" və "MoonLight" brilyant üzükləri əldə edə bilərsiniz. Hər iki model keramikadan hazırlanıb.

Yeni

Zərif Daylight - çəhrayı qızılla ağ, qrafik Moonlight isə ağ qızılda qara rəngdədir. Hər ikisinin mərkəzi üzüyü formalaşdıran 8 keramik çiçəkdir və o, brilyantla bəzədilib. "De Beers" mütəxəssisləri bu yeniliyin kolleksiyada kult əşya olacağına əmindirlər.

Ağ qızılda

Ağ qızılda "De Beers Enchanted Lotus" üzüyü

Ağ keramik üzük, çəhrayı qızıl və brilyantlar

Ağ keramik üzük, çəhrayı qızıl və brilyantlar

"De Beers Daylight Enchanted Lotus" üzüyü

Əgər siz "De Beers"in eleqant, minimalist mağazalarından birinin yaxınlığındasınızsa, butikin mütəxəssiləri sizə doğru seçim etməkdə yardımçı olacaqlar. Bundan başqa, hədiyyəni rahatlıqla seçməyiniz üçün brendin yeni vebsaytını da nəzərdən keçirə bilərsiniz.