Aviaşirkətin rəhbəri döyüldü

26 Avqust 2015 11:45 (UTC+04:00)

Ermənistanda məmur məmuru döyüb.

Movqe.az-ın məlumatına görə, "Air Armenia" aviaşirkətinin rəhbəri Arsen Avetisyan Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan tərəfindən döyülərək xəstəxanalıq edilib.

Futbol Federasiyanın prezidenti Ayrapaetyan Avetisyanı tək döydüyünü və qarşıdurma zamanı hadisə yerində heç kimin olmadığını bəyan edib.


Ruben Ayrapetyan-döyən şəxs


Döyülən A.Avetisyan isə öz növbəsində akademiyada olarkən R.Ayrapetyan və onun cangüdənləri tərəfindən döyüldüyünü bildirib.

Ermənitan mətbuatı münaqişənin pul borcuna görə yarandığını yazır.

Hadisə ilə bağlı Ermənistan baş prokurorluğu da bəyanat yayıb. Həmin bəyanatda: "A. Avetisyanın futbol akademiyasında olarkən futbol federasiyanın prezidenti tərəfindən döyüldüyünü, burun sümüyü sınan Arsen Avetisyanın güclü qanaxma və ağır kəllə- beyin zədəsi ilə "Qerasiyə" xəstəxanasına yerləşdirildiyi" qeyd edilir.

"A.Avetisyan sonradan ifadəsindən imtina etdiyi üçün federasiyanın prezidenti məhkəmə qarşısında çıxış etməyəcək."- deyə Prokurorluğun bəyanatında deyilir.


Arsen Avetisyan- döyülüb xəstəxanalıq edilən şəxs