Kolumbiya Prezidenti xərçəng xəstəliyinə tutuldu

3 Oktyabr 2012 17:18 (UTC+04:00)

Movqe.az xəbər verir ki, son zamanlar ardıcıl olaraq xərçəng xəstəliyinə tutulan Cənubi Amerikalı liderlərin sayı artmaqdadır. Venezuela, Paraqvay, Braziliya və Argentina dövlət başçılarından sora Kolumbiya prezidenti Juan Manual Santosaya da xərçəng diaqnozu qoyulub. Prostat xərçəngi diaqnozu qoyulan Santos mətbuata verdiyi açıqlamada, şişə erkən diaqnoz qoyulduğunu və bu həftə ərzində əməliyyat olunacağını bildirib. 61 yaşlı Santos, xəstəliyinin tamamilə yaxşılaşması şansının 97faiz olduğunu ifadə edib. Xərçənglə mübarizə aparan və mətbuata ən çox əks olunan Latın Amerika liderlərinin birincisi Venezuela Dövlət Başçısı Hugo Çavezdir.Braziliya Dövlət başçısı Dilman Rousseff və sələfi Luiz İnacio Lula da Silva da xərçənglə mübarizə edən Cənubi Amerikalı liderlər siyahısındadır. Paraqvay Dövlət Başçısı Fernando Luqoya da 2010-ci ildə linfa vəzi xərçəngi diaqnozu qoyulmuş, kemoterapidən sonra xəstəlik sağalmağa doğru inkişaf etmişdi.