2 NATO əsgəri öldürülüb

26 Avqust 2015 14:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Əfqan hərbi formalı 2 nəfər ölkənin cənubundakı Helmand əyalətində bir hərbi baza ətrafında NATO əsgərlərini daşıyan maşına atəş açıb . Hücumda iki NATO əsgəri həyatını itirib. Ölən NATO əsgərlərinin şəxsiyyətləri açıqlanmayıb.

Səlahiyyətlilər əsgərlərin cavab atəşi ilə hücumçuları öldürdüyünü açıqlayıb.

Hücumu boynuna götürən təşkilat olmayıb.

Əfqanıstanda 2007-ci ildən bu yana "Yaşıl bərəlilərin ( Əfqan əsgərləri ) Mavi bərəlilərə ( Qərb əsgərləri ) hücumları" olaraq adlandırılan onlarla hücum yaşanıb.

Əfqan əsgərlərinin digər əfqan əsgərləri hədəf aldığı hücumlar da olub .

Son illərdə azalsa da, 2007-ci ildən bu yana 100-dən çox əsgər bu tərz hücumlarda həyatını itirib.

NATO-nun Əfqanıstandakı əməliyyatı keçən dekabr ayında rəsmən sona çatıb. Ölkədəki NATO qüvvələrinin böyük qismi geri çəkilmiş olsa da qalan təxminən 13 min əsgər təhsil və terrorla mübarizə vəzifələrini yerinə yetirir.