Məşhur Holivud ulduzu ana olub

3 Oktyabr 2012 17:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Hollywood" ulduzu Dru Barimor ana olub. 37 yaşlı aktrisanın 26 sentyabrda dünyaya gələn qızına Oliv adını verdiyi deyilib. Sənətçinin istehsal firmasından bir səlahiyyətli Oliv Barimore Kopelmanın sağlam və şən bir körpə olduğunu, bütün ailə tərəfindən məmnuniyyətlə qarşılandığı şərhini verib. Məşhur aktrisa qızının  atası, sənət məsləhətçisi Vil Kopelman ilə iyun ayında evlənmişdi. Hələ 7 yaşında rejissor Steven  Spielberqin məşhur ET filmindəki kiçik qız 'Gertie' roluyla dünya səviyyəsində yaddaşlara yazılan Barimor daha sonra yaşadığı spirt və narkotik problemlərindən qurtularaq 90-cı illərdən etibarən yenidən kino karyerasına davam edib. "Wayne'in Dünyası 2", "Batman Forever" və "Charlienin Mələkləri" kimi bir çox  filmdə rol alan aktrisa son olaraq balinaların xilasını əks etdirən dram filmi olan "Big Miracle" da rol alıb.