"Həkim deyir ki, uşağı tez dünyaya gətirməlisən" - İradə İbrahimova

26 Avqust 2015 19:15 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, körpəsini süni yolla dünyaya gətirməyə hazırlaşan ifaçı qorxduğunu vurğulayıb:


"Gördüyünüz kimi oturduğum yerdə yatıram. Çox şükür bir şey qalmadı, yolun sonuna yaxınlaşıram. Övlad üçün hər şey fəda olsun. Xanımlardan məsləhət almaq istəyirəm. Aranızda suni sancı ilə övladını dünyaya gətirən var? Oğlumun kilosu, boy ölçüsü 2 həftə öndə getdiyi üçün həkim uşağı tez, 38-39 həftə arasında suni sancı ilə dünyaya gətirməyimi məsləhət görür. Əlbəttə ki, əgər o vaxta qədər təbii yolla özü gəlməsə. İpək 4 kiloqram 200 qram doğulmuşdu. Gözüm qorxub. Bu da oğlandır, 5 kiloqram olar deyə, qorxuram. Bəziləri suni sancı zərərlidir deyir. Həkim isə heç bir zərəri olmadığını söyləyir. Arada qalmışam. Bir də yeni doğulan uşağa sünnət etdirmək doğrudur? İstəyirəm ki, doğulandan 2 gün sonra sünnət olsun".