Gilas sapının sağlamlığa inanılmaz təsirləri

26 Avqust 2015 11:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, yayın ən dadlı və faydalı meyvələrindən biri də gilasdır. Tərkibində A, B1 və C vitaminləri olan gilasın sapı da ən az özü qədər faydalıdır. Odur ki, gilası yedikdən sonra saplarını atmağa tələsməyin. Belə ki, sapı kölgədə qurudub çayını dəmləyə bilərsiniz.


Gilas sapını ev şəraitində qurudarkən kiflənməməsinə diqqət edin, rütubətli şəraitdə saxlamayın. Əgər gilas sapını hazır alacaqsınızsa, rənginin çox tünd, qara olmamasına fikir verin.


1 stəkan çay üçün 1 xörək qaşığı qurudulmuş gilas sapı kifayətdir. Onu qaynar suya töküb 5 dəqiqə gözləyin. Daha sonra ilıq halda içə bilərsiniz. Dəmləmə müddətini uzatsanız, çayın dadı ağırlaşa bilər. Çaya dad vermək və C vitamini ilə zənginləşdirmək üçün içərisinə bir az limon sıxa bilərsiniz.


Bəs gilas sapından hazırlanan çayın sağlamlığa hansı təsiri var?


Gilas sapından daha çox arıqlamaq məqsədilə istifadə edilir. Bu çay bədəndə toplanmış yağların parçalanıb orqanizmdən atılmasına yardım edir.


Ancaq onun faydalı xüsusiyyəti, sadəcə, arıqlatmaq deyil. İnsanı sakitləşdirir, susuzluğu aradan qaldırır. Böyrəklərə faydalıdır. Böyrək daşının əmələ gəlməsinin qarşısını alır. Sidik qovucudur. Qanı təmizləyir. Xolesterinin səviyyəsini aşağı salır. Bədəndə toplanmış artıq suyun atılmasını təmin edir, şişkinliyi aradan qaldırır. Qaraciyərə faydalıdır.


Gilas sapından hazırlanan çay maddələr mübadiləsini sürətləndirir. Bədən üçün lazımsız duzların atılmasını təmin edir. Buna görə də, revmatizm xəstəliyindən və oynaq problemlərindən əziyyət çəkənlərə yaxşı təsir edir.


Öd kisəsi daşlarının tökülməsinə səbəb olur. Təzyiqi aşağı salır, ürəyin və damarların sağlamlığını qoruyur. Detoks effekti verir. Yəni, bədəni toksinlərdən təmizləyir.


Gilas sapı çayının faydalarından yararlanmaq üçün səhər və axşam yeməyindən öncə 1 stəkan için. Həddən çox içmək olmaz. Əks halda, bədəndə susuzluq yarana bilər və bu orqanlara mənfi təsir edər.


İshaldan və təzyiqin aşağı olmasından şikayət edənlər gilas sapı çayı içməməlidirlər.