İran təyyarəsi yoxlanıldı

3 Oktyabr 2012 18:21 (UTC+04:00)
Movqe.Az bildirir ki, İraq Mülki Aviasiya İdarəsi, dünən (2 oktyabr) İraq hava sahəsindən keçərək Suriyaya uçan İran təyyarəsini dayandıraraq yoxlayıb. Təyyarədə silah və başqa qaçaq malların olmadığı aydın olandan sonra təyyarənin yola davam etməsinə icazə verilib. İraq Dövlət Televiziyasının yayımladığı xəbərə görə, Tehrandan Şama gedən İran yük təyyarəsi Bağdad Beynəlxalq Hava Limanına endirilib. İraq təhlükəsizlik heyəti təyyarəni yoxlayıb. Amma bəzi qərb ölkələri və qərb mediası, İran təyyarələrinin İraq hava sahəsindən istifadə edərək Suriyaya silah daşımasına icazə verməsi səbəbiylə İraqı günahlandırırlar. İraq hökuməti isə İran təyyarələrinin yardım vəsaiti daşıdığını iddia edir.