Pereyra: “Mən sehirbaz deyiləm”

27 Avqust 2015 12:55 (UTC+04:00)

UEFA Avropa Liqasının pley-off mərhələsində "Fenerbahçe" evində "Atromitos" ilə qarşılaşacaq.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "Fenerbahçe"nin baş məşqçisi Vitor Pereyra "Atromitos" ilə oyun öncəsi açıqlama verib: "Güclü komandaya qarşı oynayacağıq. Ev oyunlarında keçirdikləri 44 matçda ilk dəfə məğlub oldular. Heyətlərində çox sürətli futbolçular var. Avropa Liqasında qruplara düşmək istəyirik. Rəqibin əks hücumları çox təhlükəlidi. Oyunda daha çox topa sahib olmağa çalışacağıq. Yaxşı transferlər etdik, amma komandaya uyğunlaşmaları üçün bir az vaxt lazımdı. Mən sehirbaz deyiləm". "Fenerbahçe" "Atromitos" ilə keçirdiyi ilk oyunda Van Persinin son dəqiqələrdə vurduğu qol ilə qələbə qazanmışdı.