Deputatdan Şultsa irad: "Burun soxmaları lazım deyil..."

27 Avqust 2015 13:14 (UTC+04:00)
Millət vəkili Sahib Alıyev dünən Amerikanın Virciniya Ştatında canlı efirdə WDBJ7 kanalının çəkiliş qurupunun iki üzvünün güllələnməsinə münasibət bildirib. Movqe.az-ın məlumatına görə, millət vəkili sosial şəbəkədəki hesabında bu hadisəyə beynəlxalq qurumları reaksiya verməməkdə qınayıb: "Dünən Amerikanın Virciniya Ştatında canlı efirdə WDBJ7 kanalının çəkiliş qurupunun iki üzvü güllələndi. Beynəlxaql qurumlardan səsini çıxaran var? Yoxdur. Əslində səslərini çıxarmamaları təbiidir. Bunun araşdırmasını kim aparmalıdırsa o da aparmalı və güllələyən şəxs tutulmalıdır. Martin Şults kimilərinin belə olaylara burun soxmaları lazım deyil. Amma məsələ burasındadır ki, bənzəri bizdə baş verəndə burunlarını soxurlar və bunu jurnalistlərin basqılarla üzləşməsi, söz azadlığının təhlükədə olması kimi qiymətləndirirlər. Özü də bilə-bilə ki, belə deyil...
Daha bir reallıq da var. Bu terror aktını törədən adam- Vester Li Flanaqan psixikası pozulmuş biri kimi təqdim edilir. Amma oxşar olayı Yaxın Şərq kökənli və yaxud da digər müsəlman ölkələrindən birinin təmsilçisi törətsə idi, həmin adam anındaca islam terrorçusu adlandırılacaqdı. Amma nə Vester Li Flanaqanı, nə də 10 gün bundan öncə Çarlston şərindəki kilsələrdən birində dua edən 9 nəfər qara dərilini qətlə yetirən başqa bir amerikalını xristian terrorçusu adlandırmaq kimsənin ağlına gəlmir. Nədənsə nəzərə alınmır ki, fərqi yoxdur hansı dinin təmsilçisisən, əsl dindar terrorçu ola bilməz. Dinin yeri qəlbdir. Qəlbi olan terror törətməz. Qəlbi olmayanın isə dini də olmaz".