Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti üçün icazə almaq lazım olacaq

27 Avqust 2015 13:25 (UTC+04:00)

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini serifikatlaşdıracaq.


Movqe.az xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.


O bildirib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti bu addımı müsbət qarşılayıb.