Almaniyadan İŞİD-ə dəstək

27 Avqust 2015 14:45 (UTC+04:00)

Keçən fevral ayında qüvvəyə minən qanuni dəyişikliklər sonrası Almaniyadan terror təşkilatı İŞİD-ə qatılmaq istəyənlərin pasport və şəxsiyyət vəsiqələri əllərindən alınmışdı. Ayrıca Suriya və ya İraqdakı terror düşərgələrinə getmə cəhdi belə terror hücumuna dəstək olaraq cinayət kimi qəbul edilir və qanuni əməliyyata cəlb olunurdular.


Movqe.az xəbər verir ki, qadağalara baxmayaraq Almaniyadan İŞİD-ə qatılanların qarşısını almaq mümkün olmur. Son illərdə xüsusilə müsəlman immiqrant ailələrin kabusu olan, son məlumatları açıqlayan Federal Daxili İşlər naziri Tomas də Maiziere, 2012-ci ildən bu yana İŞİD-ə Almaniyadan qoşulanların sayının 700-ü keçdiyini söyləyib. Nazir də Maiziere İŞİD tərəflərində vuruşan terrorçuların 100-nün öldürüldüyünü deyib. Nazir İŞİD-ə qatılanların üçdə birinin Almaniyaya təkrar geri döndüyünü də açıqlayıb.İŞİD-ə qoşulanların qarşısını almağı hədəfləyən qanuni tədbirlər çərçivəsində 800 şübhəli haqqında, ümumi 600 istintaq açıldığını bildirib.