Movqe.az xəbər verir ki, göyərti və meyvələrə rəng verən
maddələr sağlamlığa da təsir edir. Meyvələrin tərkibindəki
formsante, beta karoten, lutein, alisin kimi maddələr onlara rəng
vermək xüsusiyyətinə malikdirlər.
Bu maddələrin sağlamlığınıza faydalarını bilsəniz, üstünlük verməli
olduğunuz meyvələri də asanlıqla seçəcəksiniz.
Qırmızı meyvələr
Bu meyvələrə likopen adlı maddə rəng verir. Likopen xərçəngə qarşı
güclü vasitədir. Pomidor, qarpız, nar, çiyələk, qırmızı bibər
likopen mənbəyidir. 1 orta boy pomidor, 1 dilim qqarpız, 1 orta boy
nar və 15 ədəd çiyələklə bu ehtiyacınızı ödəyə bilərsiniz.
Alma, albalı və turp kimi meyvə-tərəvəzlər damar sərtləşmələrini
önləməkdə təsirlidirlər. Çiyələk və nar isə qidalardakı kanserogen
maddələri təsirsiz vəziyyətə gətirir.
Sarı və narıncı meyvələr
Bu meyvələrə rəng verən maddə beta karoten adlanır.
Bu maddə orqanizm üçün çox vacib olan A vitamininə çevrilir.
Araşdırmalar xərçəng, damar sərtliyi və katarakta kimi
xəstəliklərin qarşısının alınmasında beta karotenin çox faydalı
olduğunu sübut edib.
Güclü antioksidant olduğu üçün hüceyrələri erkən yaşlanmadan
qoruyur. Xolesterolun səviyyəsini aşağı salmaq üçün də sarı və
narıncı rəngli meyvə və tərəvəzlər ideal qidalara
sırasındadırlar.
Qayısı, qovun, kök, manqo, balqabaq, limon, portağal, armud,
mandarin kimi meyvələr yeyərək beta karotinin möcüzəvi gücündən
faydalana bilərsiniz.
Yaşıl meyvə və tərəvəzlər
Bunların tərkibində lutein maddəsi olur. Bu maddə əslində sarı
rəngli olsa da, xlorofil maddəsi ilə birləşərək göyərtiyə yaşıl
rəng verir. Güclü bir antioksidant olan lutein hüceyrələri qoruyur,
katarakta kimi müxtəlif göz xəstəliklərinə qarşı mübarizə
aparır.
Qaraciyər üçün də faydalı olan bu maddə əsasən boranı, kivi, xiyar,
ispanaq, paxla, brokoli və kələmdə bol miqdarda olur.
Yaşıl rəngli meyvə və tərəvəzlər xərçəng və infarkt riskini
azaldır.
Bu qidalar doğum əsnasında meydana gələ biləcək qüsurlara maneə
törədir. Yaşıl rəngli meyvə və tərəvəzlərin bir digər faydası isə
qırmızı qan hüceyrələrinin, dişlərin və sümüklərin güclənməsinə
müsbət təsir göstərmələri və immunitet sistemini
qüvvətləndirmələridir.
Bənövşəyi rəngli meyvə və tərəvəzlər
Antosianin maddəsi meyvə və tərəvəzlərə bənövşəyi rəng verir.
Bu maddə hüceyrənin yaşlanmasının qarşısını alır. Sağlam toxumaları
və hüceyrələri qoruduğu üçün xərçəng və ürək xəstəliklərindən
qoruyur.
Badımcan, böyürtkən, üzüm, çuğundur və qırmızı turpun tərkibində
bol miqdarda antosianin var.
Ümumiyyətlə tünd rəngli meyvələr xərçəng riskini azaltmaqda
faydalıdırlar. Bənövşəyi və qara rəngli meyvə-tərəvəzlər yaşlanmağı
gecikdirici xüsusiyyətə malikdirlər. Həmçinin yaşlılıqla müşahidə
olunan yaddaş problemlərinin də qarşısını alırlar.
Bu meyvələrin ən faydalısı qara üzümdür. Qabıq və çəyirdəyi ilə
birlikdə yeyildikdə hüceyrələrin yenilənməsini təmin edir. Odur ki,
bu meyvə bir çox xərçəng xəstələrinin gündəlik qida rasionuna daxil
edilir.
Ağ rəngli meyvə tərəvəzlər
Bu meyvə-tərəvəzlərdə alisin maddəsi bol iqdarda olur. Sarımsaqda
isə daha çoxdur. Sarımsağa qoxusunu verən də bu maddədir. Soğanın
da tərkibində bol miqdarda olan alisin infeksiyalara öldürücü təsir
göstərir. İmmunitet sistemini gücləndirməyə qadir olan ağ rəngli
qidalar əsasən turp, sarımsaq, göbələk, soğan və kərəvizdir.
Meyvələrdən isə ağ tut bir çox xəstəliklərə qarşı orqanizmi
qorumağa kömək edir.