Bakı-Tiflis-Ərzurum qaz kəmərində partlayış olub

4 Oktyabr 2012 11:39 (UTC+04:00)
Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyə ərazisindən keçən hissəsində partlayış olub.

"APA-ECONOMICS"in Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə oktyabrın 3-də saat 20:00 radələrində Qars şəhərinin Sarıqamış qəsəbəsində baş verib.

Partlayışdan sonra kəmərin 15 metr uzunluğunda olan hissəsi sıradan çıxıb və ərazidə güclü yanğın başlayıb. Yanğının hündürlüyü 300 metrə çatıb. Dərhal hadisə yerinə göndərilən yanğınsöndürənlər yanğını söndürüblər.

Partlayışla əlaqədar Azərbaycandan Türkiyəyə qaz nəqli dayandırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.