Facebook yeni rekorda imza atıb

28 Avqust 2015 10:45 (UTC+04:00)

Facebook sosial  şəbəkəsi yeni rekorda imza atıb. Movqe.az xəbər verir ki, ötən bazar ertəsi şəbəkəyə bir gün ərzində rekord sayda giriş qeydə alınlb. Facebook-a daxil olanların sayı bir sutkada 1 milyardı keçib.  Bu barədə sosial şəbəkənin yaradıcısı Mark Çukerberq məlumat yayıb.Bu o deməkdir ki, planetdə yaşayan hər 7 nəfərdən biri  ötən bazar ertəsi Facebook-a daxil olub.Hazırda sosial şəbəkədə 1.5 milyard hesab açılıb. Hesab açanlar ayda ən azı bir dəfə Facebook-a girirlər.

Xatırladaq ki, Facebook 11 əvvəl Mark Çukerberq tərəfindən yaradılıb. 3 il əvvəl isə istifadəçilərin sayı 1 milyarda çatıb.