Brent neftinin bareli 47 dollara çatdı

28 Avqust 2015 11:50 (UTC+04:00)

Son hərracların nəticələri.

Nyu-York əmtəə birjasında çərşənbə axşamı hərracların sonunda WTI (West Texas Intermediate) markalı neftin qiyməti 0,47 dollar və ya 1,10% bahalaşaraq, bir barelə görə 43,03 dollar təşkil edib.

Movqe.az Bloomberg-ə istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 0,23 dollar və ya 0,48% artaraq 47,79 dollara çatıb.