Moskva: Rusiya tərəfindən Qarabağ münaqişəsinin həllində hər hansı bir maneə ola bilməz

28 Avqust 2015 11:15 (UTC+04:00)

Rusiya tərəfindən ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ probleminin nizamlanması prosesində hər hansı bir maneə və ya problem ola bilməz.

Movqe.az xəbər verir ki, bunu avqustun 27-də keçirilən brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova bildirib.Müvafiq sualı cavablandıran XİN rəsmisi ümid etdiyini bildirib ki, Rusiya və Qərb arasında münasibətlərin gərginləşməsi ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanması üzrə işinə təsir göstərməyəcək."Bizim tərəfimizdən hər hansı bir maneə və ya problem ola bilməz. Biz bu formatın iştirakçısıyıq və öz öhdəliklərimizə olduqca məsuliyyətlə yanaşırıq. Çünki bu qrupun gündəliyində nə dərəcədə ciddi bir məsələnin olduğunu dərk edirik", — deyə Zaxarova əlavə edib.